Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:30

Mişel Obama dünyanın ən nüfuzlu qadınıdır


Mişel Obama və Barak Obama
Mişel Obama və Barak Obama
«Forbes» jurnalı dünyanın nüfuzlu 100 qadının siyahısını açıqlayıb. İlk onluqda 3 siyasətçi, 3 biznes qadını, 2 pop ulduz və 2 televiziya aparıcısı var.

1. Mişel Obama – ABŞ-ın Birinci Ledisi

2. İren Rozenfeld – Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru. 2009-cu ildə 26.3 milyon dollarlıq maaşı ilə dünyada ən çox qazanan 2-ci qadın olub. Məşhur maliyyə maqnatı Uorren Baffetlə girdiyi mübarizədən haqlı çıxıb, şirkətin gəlirlərini artırdığı üçün ən güclülər sırasındadır.

3. Opra Uinfri – 25 illik televiziya aparıcısı və media maqnatı. Ən çox qadınların haqlarından danışmağı sevsə də, bu, ona son 5 ildə 1.35 milyard dollar qazanmağa mane olmayıb.

4. Angela Merkel – Almaniyanın Baş Kansleri

5. Hillari Klinton – ABŞ-ın Dövlət Katibi

6. İndra Nuyi – «Pepsi» şirkətinin İdarə heyətinin sədri, ötən il maaşı 10.6 milyon dollar olub.

7. Ledi Qaqa - əsl adı Stefanie Germanotta olan pop ulduz həm də homoseksualların hüquqlarının fəal müdafiəçisi kimi tanınır.

8. Geil Kelli – Əslən Cənubi Afrikalı olan xanım indi Avstraliyanın ən nüfuzlu iş adamıdır.

9. Beyons Nouls – Beyons təkcə ötən il mahnıları, çəkildiyi filmlər və geyim biznesindən 80 milyon dollardan çox vəsait əldə edib.

10. Ellen DeCeneres – 5 dəfə Emmi mükafatına layiq görülən tok-şou aparıcısını bəzən medianın kraliçası da adlandırırlar. Homoseksuallığı müdafiə edən Ellen 2008-ci ildə aktrisa Portiya de Rossiylə evlənib, və o aktrisa indi DeCeneres familiyasını da daşıyır.

Siyahıda

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi - 11,

Respublikaçıların vitse-prezident namizədi Sara Peylin - 16,

Aktrisa Ancelina Coli - 21,

Pop-ulduz Madonna - 29,

Fransanın Birinci Ledisi Karla Bruni Sarkozi - 35,

Britaniya kraliçası II Yelizaveta - 41,

Türkiyəli iş adamı Gülər Sabançı - 52,

BƏƏ-nin İqtisadiyyat naziri Şeyxə Lübna Əl Qasımi - 70,

Amerikalı tok-şou aparıcısı Kristian Amanpur - 73,

Qatarın Birinci Ledisi Şeyxa Mozah Bint Nasser Al-Missned,

İordaniya Şahzadəsi Rania Al Abdullah – 76 – da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG