Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 20:01

Ekvadorda 46 polis həbs edilib


Ekvadorda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 46 polis həbs edilib. Onlar 2 gün əvvəl gec saatlarda tutulsalar da, xəbər oktyabrın 7-də yayılıb.

«France-Press» agentliyinin məlumatına görə, prezident Rafael Korrea hökuməti devirmək üçün daha bir cəhdin ola biləcəyini istisna etməyib.

Sentyabrın 30-da polis bölmələri onlara verilən imtiyazların ixtisarına etiraz olaraq Ekvadorun bir neçə şəhərində, o cümlədən paytaxt Kitoda bir sıra mühüm obyektləri ələ keçirib.

Toqquşmalarda 10 nəfər ölüb.
XS
SM
MD
LG