Azərbaycanda Nobel mükafatını kimlər ala bilər? Mükafat hansı meyarlarla verilir? Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirə bu mövzuda olub.
Verilişə studiyada yazıçılar Yaşar, Azad Yaşar, ədəbi tənqidçi Tehran Əlişanoğlu və Almaniyadan telefonla kulturoloq, bəstəkar Elmir Mirzəyev qatılıblar. Şair Səlim Babullaoğlu canlı efirə zəng etməklə müzakirəyə qoşulub.
YAŞAR:
“Məncə biz ondan danışmalıyıq ki, niyə biz Azərbaycan olaraq Nobel kimi bir mükafatın olduğunu gündəmdən çıxarmışıq.
Bircə dəyərli yazıçımız Kamal Abdulla bu proseduru başladı Azərbaycanda. Demək olar ki, ilk addımı atıb.
Onu da yanılmıramsa, Braziliyada hansısa nəşriyyat təqdim etmişdi “Nobel”ə.
Mənə elə gəlir ki, biz başqa mükafatlardansa daha çox Nobel haqda düşünsək daha yaxşı olar.
Cünki hər halda rəhmətlik Nobelin ruhu da şad olar ki, varidatınıın müəyyən hissəsi bizim neftiin hesabına formalaşıb. (Davamı aşağıda)
PROQRAMIN AUDİOYAZISINI DİNLƏ
DAVAMI
(Bu, verilişdə deyilənlərin rezümesidir, müzakirəni tam şəkildə dinləmək üçün yuxarıda proqramın audioyazısına keç)
Azərbaycanda Nobelə iddialı yazıçılar var. Məsələn, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Abdulla, Afaq Məsud.
Amma bu gün azərbaycanlı yazıçını qələm dolandırmır. Ona görə bu adamlar hərəsi bir işdə çalışırlar. Əgər qələm çörək ağacı deyilsə, bizdə Nobel iddiasına düşmək şəxsən mənə yersiz görünür.
Çünki bütün böyük ədiblərin, Nobel alanların hamısının həyatına baxsaq görərik ki, bu insanlar o əsərləri ancaq yazıçı işləyərək yaradıbılar.
Yəni başqa işlə məşğul olmayıblar. Ədəbiyyat onlara həm çörək, həm də stimul verib”.
Yaşarın fikrincə Nobel müsabiqəsində müəyyən qədər konyuktura rol oynasa da, ancaq əsərin özünün də bədii gücü olmalıdır.
Tehran Əlişanoğlu isə hesab edir ki, Azərbaycan yazıçılarının dünya səviyyəli müsabiqələrə (Nobel və digərləri) qatılmaq istəyi, idiiası olmalıdır.
Bu vacibdir. Nobel mükafatının daha reytinqli olmasının sanki bir az iddia qorxusu yaratması da təbiidir. Ancaq bu mükafatın verilməsində ictimai-siyasi amil mütləq rol oynayır. Və bu təsadüfi deyil:
“Ədəbiyyat hər hansı bir iddia ortaya qoyanda ictimai-siyasi amil meydana çıxmalıdır. O ictimai-siyasi amili rədd edə, ona qalib gələ bilməyən ədəbiyyat heç ədəbiyyat deyil.
O mənada mənim izlədiyim qədər Nobel mükafatçısı bu günkü səviyyədə yüksək ədəbi dəyərləri təmsil edən əsərlər sırasından seçilir.
Digər amil kimi göstərirlər ki, əsərdə bəşəriyyəti irəli aparan ideyalar qoyulmalıdır. Yəni elə ideyalar olmalıdır ki, həmin anda onu məhz ədəbiyyat irəli sürüb və o məqamda ona heç ictimai-siyasi amil də heç nə edə bilməz.
Yəni seçimdə bu da rol oynayır. 60-80-ci illərdə Azərbaycan ədəbi mühitinin, Azərbaycan gerçəkliklərinin doğrudan da elə roman, elə yazıçı ortaya çıxarmağa imkanı var idi.
Ancaq bütün bunlar, hətta Qərbdən gəlib çıxan ideyaların da sonu ədəbi mühitdə sosalizm realizmi ilə olmasa da, sosializm humanizmi ilə qurtarırdı.
Yəni SSRİ hüdudları çərçivəsində olan ideyaları aşa bilmirdi bizim yazıçılar.
Elə ona görə də SSRİ-dən dissident ola bilən və ortaya dəyər qoyan yazıçılara verirdilər Nobeli.
Bəşəri təcrübədə ədəbiyyatın şərti də yazıçı şəxsiyyəti faktorudur”.
Ancaq bununla belə Tehran Əlişanoğlunun sözlərinə görə, adətən ədəbiyyatçıları dəyərlər baxımından narahat edən odur ki, bəzən bu ictimai-siyasi faktor digər faktorları üstələyir.
Hətta elə yazıçıya Nobel mükafatı verilir ki, onun həmin zamanında seçim bəlkə bir qədər başqa cür ola bilərdi:
“Yəni orada da ədəbiyyatla siyasətin savaşı gedir, əgər belə demək mümkünsə”.
Azad Yaşar isə əsas problemi mühitin münbit olmamasında görür:
“Azərbaycanda peşəkarcasına ədəbiyyatla məşğul olmaq üçün kifayət qədər mühit formalaşmayıb.
Ona görə də yazıçıların çoxu gündəlik dolanışığı təmin etmək, məişət problemlərini həll etmək üçün redaksiyalarda aylıq maaşa calışır.
Məncə peşəkar ədəbi mühiti formalaşdırmaq üçün ilk növbədə qəzet və jurnallarda, yaxud televiziyada normal qonorar sistemi qurulmalıdır.
Ümumiyyətlə isə insan ədəbiyyatla maddı ehtiyaca görə yox, könlünün tələbinə, ruhunun çağırışına görə məşğul olur.
Yaxud Allahdan, qeybdən ona vəhy gəlir və oturub yeni bir ideya daşıyıcısı olan roman, yaxud şeir yaradır.
Əgər insanın içində bir şey varsa, o hətta qapalı yerdə olsa belə onu yazır.
Məsələn həbsxanada Nazim Hikmətə kağız vermirdilər, çünki inqilabi, mövcud ideologiyaya uyğun gəlməyən ideyaların yer aldığı əsərlər yazırdı, ona görə də kağızsız qalan Nazim Hikmət bəyaz şalvarıına yazırdı şerlərini. Bunu onun kamera yoldaşı Orxan Kamal öz xatirələrində yazır.
Yəni hətta qələmin də olmasa, nə iləsə yazıırsan.
Ən azı yaddaşına yazırsan və o nə vaxtsa dirilir, bərpa olunur”.
Səlim Babullaoğlu Azərbaycanda son 20 ildə çox qiymətli ədəbiyyatın yarandığını bildirir.
O hesab edir ki, müstəqillik illərində yazıılan əsərlərin arasında elələri var ki, onlar bədii və estetik dəyərlərinə görə Nobel mükafatı almış əsərlərdən zəif deyillər.
Və bu dolayısı ilə də olsa o deməkdir ki, həmin əsərləri yazanlar gələcəkdə Nobeli ala bilərlər.
Ancaq müəllifin özünün Nobelə təqdim olunmaq üçün cəhd eləməsi etik baxımdan doğru olmur. Adətən müəllifləri nəşriyyatlar, elmi tədqiqat institutları, kitabxanalar, sənət qurumları və sair təqdim edir:
“Ancaq bundan da əvvəl Nobel mükafatına təqdim olunmanın qeyri-rəsmi şərtləri var.
Əsərin dillərə tərcümə olunması, nəşr olunan ölkələrdə tanınması, rəylərin alınması və sairə. Bu uzun bir prosesdir.
Görünür o iş getmir, yaxud ləng gedir deyə həmin strukturlar da o işlə məşğul ola bilmirlər.
Ancaq mən başqa sey demək istəyirəm. Nə qədər ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə dünya dillərinə tərcümə olunmur və nəşr edilmir, azərbaycanlı yazıçınin Nobel mükafatı alması uzaq gələcəyin işi ola bilər.
Unutmaq lazım deyil ki, haradan olmasına baxmayaraq Nobel alan müəlliflərin əsərləri ya dünyada aktual olan dillərdə yaziliblar, ya da həmin dillərə tərcümə olunublar. Ona görə burada başlıca məsələ tərcümə işidir”.
Səlim Babullaoğlu da Nobelin verilməsində subyektivliyin olduğunu düşünür.
Onun sözlərinə görə ilk əvvəl Nobel veriləndə başlıca düstur o idi ki, ədəbiyyatda idealist ideyalar daşıyan əsərlərə verilsin bu mükafat.
Amma təqdimatlar göstərir ki, Nobel komitəsinin özü bəzən çox subyektiv hərəkət edir.
Elmir Mirzəyev isə Azərbaycan ədəbiyyatının dünyaya təqdimatı məsələsində vəziyyətin ürəkaçan olmadığını bildirir.
Onun sözlərinə görə Azərbaycan ədəbiyyatını beynəlxalq sərgilərə daşıyanlar nəyi və necə nümayiş etdirməyi ən azı qonşu Gürcüstandan öyrənə bilərlər:
“Ötən il Frankfurtda ənənəvi keçirilən beynəlxalq kitab sərgisində oldum. Orada Azərbaycan sərgisinə baş çəkdik. İdeoloji kitablardan ibarət kiçik bir köşk idi. Kifayət qədər bəsit və kasıb.
Düzdü Qarabağ, xalçalarımız sə sair haqda bir neçə kitab var idi. Bir də çox nəfis şəkildə cap olunmuş “Əli və Nino” kitabı idi.
Onun da orjinalı alman dilində olduğu üçün yəqin ki, bu kitabla çox böyük təəccüb doğura bilmərik.
Amma əsasən "ümummilli lider haqda kitablar" idi. Qonşularımızın vəziyyətinin nə yerdə olduğunu bilmək üçün onlara da baş çəkdik.
Ermənilərinki elə bizimki səviyyədə idi. Başdan ayağa “Genosid”, “Qələbələrimiz necə əldə edilib” və sair.
Amma Gürcüstanınkı çox möhtəşəm idi. Bizimkilərdən 3-4 dəfə böyük və kifayət qədər zəngin idi. Çox gözəl təəssürat yaratdı bizdə”.
Bütün bunlarla yanaşı Elmir Mirzəyev düşünür ki, Nobel lotereya kimi bir şeydir. Subyektivdir. Çünki dünya ədəbiyyatında böyük iz qoyan bir çox yazıçılar var ki, bu mükafatdan kənarda qalıblar.
“Yəqin ki, burada bəxtin və “klişe”nin çox böyük rolu var. Yəni yazıçını kimin tanıtmasının. Təəssüf ki, bizdə müstəsna istedadlar olsa da belə kult fiqurlar yaranmadı”.
Müzakirədə son sözü deyən Tehran Əlişanoğlu isə hesab edir ki, obyektiv şəraitin yaranması və ondan sonra lotereya oynanıb subyektiv bəxtlərin gətirməsi üçün əvvəlcə cəmiyyətdə ədəbiyyata münasibət dəyişməlidir.
Onun fikrincə, hələ ki, Azərbaycanda ədəbiyyat layiqli yerini tutmaq üçün özü-özünə tribuna axtarışındadır.
Proqramın aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya