Bu günlərdə AzadlıqRadiosunun ingilis dili saytı- www.rferl.org Azərbaycana dair bir şərh dərc edib.
Şərhin müəllifi news.Az and armenia.Az informasiya agentliklərinin baş redaktoru, Azərbaycanın ən böyük sosial şəbəkəsi olan disput.az-ın yaradıcısı Elnur Baimovdur. Yazını ixtisarla dərc edirik:
Əsl dost dar gündə tanınar. Bu deyimlə razılaşmamaq mümkün deyil. İndi biz uğurlar qazanır, məqsədlərimizə çatmaq üçün daha çox çalışırıq. Bu yolda biz bir dost təbəssümünü, ərkyana bir jestini dəyərləndirərdik. Bunu əldə edib-etməməyimiz uğurumuza elə də təsir etməz, sadəcə yolumuz rahatlaşar, daha xoş olardı.
Uğurun böyüklüyü həmişə onun necə əldə olunmasından asılı olmayıb. Böyüklük uğuru bu şirin, acı yolda səni dəstəkləyənlərlə nə dərəcədə bölüşə bilməyindən asılıdır.
QISAMÜDDƏTLİ, STRATEJİ, ETİBARSIZ...
Azərbaycanın Qərblə, xüsusilə Birləşmiş Ştatlarla əməkdaşlığını çoxları strateji, bəziləri qısamüddətli, bəziləri isə etibarsız adlandırıb. Ancaq hətta münasibətlər çox aşağı səviyyədə olanda belə, Azərbaycan heç vaxt Qərblə tərəfdaşlığından geri çəkilməyib. Zaman-zaman güclü küləklər əsəndə, Azərbaycanın Birləşmiş Ştatların anlaşmasına və sərt mövqeyinə ehtiyacı olub. ABŞ da bizdən eyni şeyi gözləyib, Azərbaycanın qlobal ölçülərinə görə bu, bir az qəribə səslənsə belə.
Azərbaycan 1990-cı illərin əvvəllərində qonşusu ilə geniş miqyaslı müharibəyə sürüklənəndə, Qərbdən balanslı münasibət gözləyirdi. Əvəzində ABŞ-ın Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edən 907-ci düzəlişi qazandı. Tarix təkrarlanmaya bilər, ancaq bəzən həmqafiyə yaranır. On il sonra, terrorla müharibəsinin dəstəklənməsi üçün ABŞ hökumətinin dostlara ehtiyacı yarandı. Region dövlətlərinin çoxu götür-qoy edərkən, Azərbaycan bir göz qırpımında İraddakı beynəlxalq koalisiyaya öz töhfəsini verdi, bununla da ABŞ-a sədaqətini nümayiş etdirdi.
Elə həmin il - 2002-ci ildə Azərbaycan Əfqanıstana da əsgər göndərdi. Altı il sonra, 2008-ci ildə, müttəfiqlərin çoxu Əfqanıstandan çıxanda İlham Əliyev xaricdə sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan əsgərlərinin statusu haqqında qanun layihəsini parlamentə təqdim etdi və Əfqanıstandakı əsgərlərin sayı iki dəfə artırıldı. Bundan başqa, təkcə 2009-cu ildə 100.000-dən çox NATO əsgəri Azərbaycanın hava məkanından istifadə edib. Əfqanıstandakı koalisiyanın ləvazimatının 25 faizi də Azərbaycan ərazisindən keçir.
ABŞ KONQRESİ DAĞLIQ QARABAĞ PROBLEMİNDƏ TƏRƏFLİ MÖVQE GÖSTƏRDİ
Erməni diasporunun təzyiqi altında ABŞ Konqresi Dağlıq Qarabağ problemində tərəfli mövqe göstərdi. Lobbiçi qrupların rolunu bəhanə gətirdi. Azərbaycan isə əksinə, terrorçuluqla mübarizədə vədinə sadiq qalaraq terror hədələrinə sinə gərdi, xüsusilə də daimi təzyiq göstərən İran tərəfdən. Çoxsaylı sui-qəsdlərin qarşısı alındı, cinayətkarlar saxlandı, faciəvi ssenarilər önləndi.
ABŞ-la davamlı xoş münasibətlərinə görə İranın “Səhər-2” televiziyası Azərbaycanı Böyük Şeytanla əməkdaşlıqda ittiham etdi, İran rəsmiləri bizi hədələdi. “Səhər-2” televiziyası Azərbaycan ərazisində lisenziya olmadan yayımlanır. Hər halda 71 milyonluq iranlının təzyiqinin 1.5 milyonluq amerikalı erməninin təzyiqindən daha böyük problem olduğunu anlamaq elə də çətin iş deyil.
QƏRB ŞİRKƏTLƏRİNƏ DƏSTƏK
Azərbaycanın müdafiə elədiyi və gördüyü bir çox işlər nədənsə dünya miqyasında görünmür. Azərbaycan yeganə karbohidrogenlə zəngin Xəzər ölkəsidir ki, ancaq Qərbə ixracla məşğuldur. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” müqavilələrində Rusiya, Çin, İranla müqayisədə Qərb şirkətlərinə üstünlük verilib.
Rusiyanın narazılığına baxmayaraq, Azərbaycan Avro-Atlantik layihələrə sadiq qalır. Azərbaycan özünü dünyanın sürətlə inkişaf edən ticarət marşrutu və Avrasiyada telekommunikasiya mərkəzi kimi tanıdıb. Bu ölkə təkbaşına Bakı-Tbilisi-Qars-İstanbul dəmiryol xəttinin tikintisini maliyyələşdirir.
Birləşmiş Ştatların regionda iştirakının mürəkkəbliyini nəzərə alsaq, Azərbaycan əməkdaşlıq üçün əlverişli mövqedə olan ölkəyə çevrilir. Azərbaycan tarixən regionda dini dözümlülük nümayiş etdirən ölkə olub. Azərbaycan xalqı ilə amerikalıların mədəni əlaqələri 1990-cı illərin əvvəllərində məhdud idi. Ancaq saysız təhsil və mədəniyyət proqramları (FLEX, İREX, Muskie, Fulbright və sairə) sayəsində iki ölkə arasındakı anlaşma artıb.
ABŞ Dövlət katibi Hillari Klinton Bakıda rəsmi səfərdə olanda rəsmilərlə görüşlərindən savayı bir qrup gənc liderlə xüsusi görüş də istədi. 10 nəfərlə görüşdü, onlardan beşi Amerika ali məktəblərinin məzunları idi. Azərbaycanın Qərblə əməkdaşlığını bundan artıq heç nə təcəssüm etdirə bilməzdi - onlar Azərbaycanın tanınmış gənc liderləridir.
ABŞ-IN QƏTİYYƏTİ LAZIMDIR
Azərbaycan hökumətinin ABŞ-la dostluğunu saxlaması üçün Birləşmiş Ştatların qətiyyəti lazımdır. Məşhur biznes spikeri Art Turok deyirdi: “Maraq və öhdəlik arasında fərq var. Sən nəyisə eləməkdə maraqlı olanda, yalnız şərait əl verəndə edirsən. Nəyisə eləmək öhdəliyin olanda isə, heç bir bəhanə qəbul eləmirsən, ancaq nəticə istəyirsən”.
Əslində təmas xəttində erməni gülləsindən cavan əsgərləri öləndə, Azərbaycanın Əfqanıstana, Kosovoya, İraqa əsgər göndərməsinə şərait əl vermirdi. Qərblə hərtəfərli enerji əməkdaşlığına qarşı Rusiyanın təzyiqini dəf edəndə də şərait bizim xeyrimizə deyildi. Eyni vəziyyət biz Birləşmiş Ştatları dəstəkləyəndə İranla üz-üzə qaldığımızda da yaranmışdı. Maraq - hökumət rəsmiləri və qərar verənlərin etibar elədiyidir, öhdəlik, qətiyyət isə sadə adamların gözlədiyidir.
Qısası, bizim zaman-zaman okeanın o tayındakı böyük müttəfiqdən ancaq vədlər eşitmək istəmirik, bizə bir az düzgün anlaşma, kimliyimizə və mövqeyimizə düzgün qiymət lazımdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
/Yazını sayta Arifə Kazımova hazırladı/