Belarusda prezident seçkilərini izləyəcək rusiyalı müşahidəçilərin bir qrupu oktyabrın 6-da Minskə tanışlıq səfəri ediblər.
Nümayəndə heyətinə Sergey Lebedev başçılıq edir.
Belarus prezidentinin ətrafı bəyan edib ki, əgər Rusiya seçkinin nəticələrini tanımasa, Minsk MDB-nin qurumlarında fəaliyyətini dayandıracaq.
Rusiyanın Dövlət Duması Belarusla Rusiya arasında hadisələrin son inkişafından narahatlıq bildirən bəyanat qəbul edib.
Bəyanatda deyilir ki, Belarus rəhbərliyi son vaxtlar Rusiyaya qarşı bəlağətli bəyanatlarla çıxış edir ki, bu hər iki xalqın tarixi bağlantılarına ziddir.
Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda rusiyalı həmkarı Dimitri Medvedevi yerli kütləvi informasiya vasitələrində ona qarşı kampaniya təşkil etməkdə tənqid edib.