Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

İlham Əliyev həmsədrləri qəbul edib


Oktyabrın 6-da Naxçıvanda prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki, eləcə də Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini q’bul edib.

Prezidentin mətbuat xidmətinin məlumatina görə, İlham Əliyev missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib.

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana oktyabrın 4-də gəliblər. Ayın 6-sı Yerevana, oradan da Xankəndinə gedəcəklər. Faktaraşdırıcı missiya oktyabrın 14-dək Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarında müşahidələr aparıb məruzə hazırlayacaq.

ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilər barədə sonuncu belə məruzəni 2005-ci ildə hazırlayıb.
XS
SM
MD
LG