Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

Ermənistan Dağlıq Qarabağı tanımaq istəmir


Ermənistan parlamenti
Ermənistan parlamenti
“Dağlıq Qarabağın Ermənistan tərəfindən müstəqil dövlət kimi tanınması haqda qanun layihəsi çıxılmaz dalana aparır”, - bunu Daşnak Partiyasının parlament fraksiyasının sədri Vahan Ovanisyan deyib.

Ovanisyanın fikrincə, “tanımaq qərarının verilməsi üçün Ermənistanın bütün siyasi qüvvələrinin ümumi razılığı lazımdır. Hazırda isə belə vahid mövqe yoxdur.”

Müxalifətçi “İrs” fraksiyasının təklif etdiyi qanun layihəsinin müzakirəsi Ermənistan parlamentində o qədər mübahisəli keçib ki, layihənin səsverməyə gedib çıxmasına “İrs”in özü imkan verməyib.

“İrs”in nümayəndəsi, layihənin həmmüəllifi Raffi Ovanisyan təklif edib ki, səsvermə oktyabrın 25-28-i olacaq sessiyaya saxlansın.

“TANIMAĞA TƏRƏFDARIQ, ANCAQ İNDİ YOX”


Müzakirələrdə iştirak edən bütün deputatlar Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına tərəfdar olduqlarını desələr də, qanun layihəsinə gələndə fikirlər ayrılıb.

Çoxları hesab edib ki, Ermənistanın Dağlıq Qarabağı məhz indi tanıması vaxtından qabaq atılmış addım olardı və ATƏT-in Minsk Qrupu çərçivəsində gedən danışıqlarda erməni tərəfinin mövqeyini zəiflədərdi.

Samvel Nikoyan
Parlamentin vitse-spikeri Samvel Nikoyan hətta layihənin müzakirəsinin də əleyhinə olub. O deyib ki, onun “Respublika Partiyası Dağlıq Qarabağın tanınması ideyasının əleyhinə deyil. Biz buna çalışırıq. Ancaq biz indi buna getsək, beynəlxalq aləmə qarşı çıxmış olarıq”.

HÖKUMƏT DAĞLIQ QARABAĞI TANIMAĞIN ƏLEYHİNƏ ÇIXIR

Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarının əleyhinə ən kəskin çıxışı hökumət nümayəndəsi edib.

Xarici işlər nazirinin müavini Şavarş Koçaryan parlamentdə deyib ki, “indiki məqam Dağlıq Qarabağın tanınması üçün əlverişli deyil.

Biz aydın təsəvvür etməliyik ki, bu yolda hansı sualtı daşlar ola bilər. Tanımaq məsələsi ümumi fayda kontekstində müzakirə olunmalıdır”.

Ermənistanın Dağlıq Qarabağa münasibətdə indiki mövqeyini izah edən nazir müavini deyib ki, Ermənistan bir tərəfdən Dağlıq Qarabağın təhlükəsizliyinə qarantdır, o biri tərəfdən danışıqlarda Dağlıq Qarabağın təmsilçisidir.

Koçaryan deyib ki, Yerevanın çalışdığı Dağlıq Qarabağı danışıqlar masasına çıxartmaqdır.

Dağlıq Qarabağın müstəqiliyini tanımaqda tələsməmək ideyası keçmiş prezident, indiki müxalifət lideri Ter-Petrosyandan gəlir.

Vaxtilə Ter-Petrosyan prezident olanda o vaxtkı parlamenti, öz rəqiblərini və eləcə də tərəfdarlarını inandıra bildi ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq erməni tərəfə problemlər yarada bilər.

O vaxtdan hakimiyyətlər dəyişsə də rəsmi Yerevan bu mövqedə qalmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG