Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53

Türkiyə-Azərbaycan sərhədi niyə bağlanıb?..


Naxçıvanla ticarət dövriyyəsinin 100 faiz artıb
Naxçıvanla ticarət dövriyyəsinin 100 faiz artıb
Naxçıvan Muxtar Respublikası Al Məclisinin sədri Vasıf Talıbovun göstərişi əsasında Türkiyə ilə sərhəddə hərəkətin 2 gün dayandırması İğdıra ciddi təsir edib.

İğdır Ticarət və Sənaye Odası Başkanı Kamil Arslan «DHA» müxbirinə Naxçıvan Muxtar Respublikasının birtərəfli verdiyi bu qərarın ticarətə pis təsir edəcəyini söyləyib.

Vasif Talıbovun Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı bu qərarı verdiyini bildirən Arslan deyib ki, sərnişin keçidləri də 2 günlük bağlanıb.

«Orada oxuyan tələbələrimiz, gələn-gedən, alacağı-verəcəyi olan iş adamlarımız var. Böyük maşın keçidləri ilə bağlı bir şey demirik. Qərar olaraq qəbul edirik. Amma sərnişin keçidləri - iş adamlarının, fərdi və turist keçidləri bizim üçün inanılmaz mənzərə yaradır. Naxçıvan tərəfinin dərhal məsələyə aydınlıq gətirməsini və sərhədi keçmək istəyən ixracatçılara yaradılan problemin aradan qaldırılmasını istəmişik».

Naxçıvanla ticarət dövriyyəsinin 100 faiz artaraq gündə 50 milyon dollara çatdığını xatırladan Arslan bildirib ki, bu, hər iki ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəldir.

O hesab edir ki, Naxçıvan tərəfi belə qərarlar qəbul edəndə əvvəlcədən rəsmi açıqlama yaymalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG