Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:06

Benzolla dolu qatarın vaqonları relsden çıxıb


Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində dəmiryol xətti ilə kəsişdiyi ərazidə dəmiryol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt “Etilen-Polietilen” zavodu istiqamətində hərəkət edən qatarın benzolla dolu sonuncu 3 vaqonu relsdən çıxıb.

Hadisə zamanı yanğın hadisəsi və benzolun ətrafa dağılması baş verməyib.

Dərhal hadisə yerinə Nazirliyinin müvafiq qüvvələri cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir.
XS
SM
MD
LG