Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Türk sənətçisini Azərbaycan Yazıçılar Birliyinə qəbul etdilər


Türkiyəli sənətçi, şair və bəstəkar Ahmet Şafak Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

APA-nın məlumatına görə, hazırda Bakıda səfərdə olan Ahmet Şafaka AYB-nin fəxri üzvlük vəsiqəsi bu gün təqdim olunub.

AYB-nin katibi Rəşad Məcid tərəfindən türkiyəli yazara təqdim olunan üzvlük vəsiqəsi ilə o rəsmən birliyin üzvlüyünə qəbul olunub.

R. Məcid deyib ki, Ahmet Şafak AYB-nin 121-ci fəxri üzvüdür: “AYB-nun ümumilikdə 1500-ə yaxın üzvü var, onlardan 121-i isə birliyin fəxri üzvləridir”.

Ahmet Şafak AYB-nin fəxri üzvü seçildiyi üçün şərəf duyduğunu diqqətə çatdırıb.

Sənətçi bildirib ki, o, gələn ilin mart ayında Bakıda Heydər Əliyev Sarayında konsert vermək fikrindədir.
XS
SM
MD
LG