Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 23:28

Azərbaycanda az pul tapmaq asanlaşıb?


Əfqanıstanda mikromaliyyə layihələri ilə xırda kredit alan 300 min qadından biri
Əfqanıstanda mikromaliyyə layihələri ilə xırda kredit alan 300 min qadından biri
Əfqanıstanda son illər 300 min qadın xırda kreditlər və xırda maliyyə yardımları alıblar və bununla da özlərinə iş yeri yaradıblar.
Bu, mikromaliyyə layihələri əsasında olub....

AZƏRBAYCAN 38-Cİ YERƏ QALXIB

Azərbaycana 54 ölkə arasında 38-ci yer verilib. Deyilir ki, Azərbaycan bir ildə irəliləyib. İndi Çinlə, Argentina ilə yanaşıdır.

Economist İntelligence Unit təşkilatı 54 ölkədə miromaliyyə mühiti üzrə reytinq cədvəlini hazırlayıb.
Mikromaliyyə mühiti deyiləndə xırda kreditlər, xırda maliyyələşmə, bu xidmətlər üçün lazım olan qanunların, qurumların mövcudluğu, ölkədəki sabitlik və s. kimi amillər nəzərdə tutulur.

Azərbaycan haqda deyilir ki, Azərbaycanda ümumilikdə mikromaliyyə mühiti son illər güclənir.

Xaricin QHT-lərinin bəziləri Azərbaycanda xırda maliyyə xidməti göstərir, ancaq onlar tənzimləmə qaydaları ilə gözüm-çıxdıya salınır.

Mikromaliyyə sektorunda dominant yeri banklar tutur.

Keçən il qeyri-bank kredit qurumları haqda qanunun qəbul olunması yaxşıdır, ancaq mikromaliyyə mühitində tənzimləməyə aydınlıq gətirilməsinə hələ çox var.

Keçən il dünya maliyyə böhranına görə Azərbaycanda mikromaliyyə mühitinin inkişafı zəiflədi.

Economist İntelligence Unitin hesabatı iş adamları, beynəlxalq təşkilatlarla müsahibələr əsasında hazırlanıb.

İndiki reytinqdə birinci yerdə yenə Perudur.

Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan 21-ci, 22-ci yerdədir.


XS
SM
MD
LG