Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 23:58

Kimyəvi tullantıların sızmasıyla bağlı fövqəladə vəziyyət elan olunub

Macarıstanda Alliminium zavodundan zəhərli tullantıların sızmasıyla bağlı 3 Şərq vilayətində fövqəladə vəziyyət élan edilib. Tullantıların bir neçə kənddən keçməsi nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Qırmızı palçıq şəklində olan tullantı çənlərdən birindən axıb. 1 milyon kub metr tullantının sızması güman edilir. Hadisə Budapeştdən 150 kilometr cənub-şərqdə baş verib. Xilasetmə və təmizləmə işləri davam edir.
XS
SM
MD
LG