Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:58

Naxçıvan-Sədərək magistral yolunun açılışı olub


Oktyabrın 5-də prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. AzərTAc-ın məlumatına görə, prezident açılışı bildirən lenti kəsib.

Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Dördzolaqlı yolun ümumi uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir.

İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya” şirkəti yerinə yetirib. Magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir.

Dövlət başçısı inşaatçıları təbrik edib, onlarla xatirə şəkli çəkdirib. Sonra prezident İlham Əliyev yeni yolda avtomobili idarə edib.

İlham Əliyev həmçinin Kəngərli rayonunda sabiq prezident Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak edib. AzərTAc-ın məlumatına görə, abidənin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb. Abidənin ətrafında park salınmış və burada geniş yaşıllaşdırma işləri görülüb.
XS
SM
MD
LG