Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:41

Ermənistan Qarabağın müstəqilliyini tanımağı müzakirə edir


Ermənistan parlamentinin binası
Ermənistan parlamentinin binası
Qarabağdakı separatçı rejimin yaratdığı qurumu müstəqil dövlət kimi tanımaq barədə qanun layihəsi Ermənistan parlamentinin gündəliyinə daxil edilib. Parlament oktyabrın 5-də dördgünlük növbəti sessiyaya başlayıb.

Sessiyanın gündəliyinə müxalifətdə olan "İrs" partiyasının təklif etdiyi “Qarabağı tanıma” layihəsi də daxil edilib.

Ermənistanda bundan əvvəl də belə cəhdlər olsa da sonda qanun layihəsi gündəlikdən çıxarılıb.

Bu sessiyada həmçinin keçən həftə istefa verdiyini elan etmiş Çiçəklənən Ermənistan Partiyasından parlament sədrinin müavinin vəzifədən getməsi təsdiqlənəcək. Həmin partiya onun yerinə özünün başqa bir namizədini – Smvel Babayanın namizədliyini irəli sürüb.
XS
SM
MD
LG