Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 05:52

Yağışlı hava davam edəcək


Bakıda yağışlı hava şəraiti hələ bir neçə gün davam edəcək. Sinoptiklərin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, havanın temperaturu gündüz 17-19 dərəcə, axşam 15-17 dərəcə olacaq.

Yağmurlu hava şəraitinin oktyabrın 6-sı və 7-də də davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da sabah yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Yağıntıların əsasən gecə və axşam saatlarında yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
XS
SM
MD
LG