Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:14

Metyu Brayzanın məsələsi müzakirə oluna bilər


Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi oktyabrın 5-də Senatın iclasında müzakirə oluna bilər.

Türkiyəyə səfir təyinatı məsələsi də iclasın gündəliyinə daxil edilib.

Metyu Brayzanın namizədliyinin bu gün səsə qoyulub-qoyulmayacağı isə məlum deyil.

Brayzanın namizədliyi sentyabrın 21-də Xarici Əlaqələr Komitəsində keçirilən səsvermədə təsdiqlənib. Lakin bunun ardınca iki ermənipərəst senator məsələnin Senatdakı müzakirəsi ilə bağlı veto hüququndan istifadə edib.

Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi ötən ilin yayından boşdur.
XS
SM
MD
LG