Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 21:35

Hollandiyadakı azərbaycanlılar da Vildersin anti-İslam fikirlərinə qarşıdır


Vilders dediklərindən imtina etmir

“Mən əlavə heç nə deməyəcəyəm. Bütün suallara cavab verməyi öz vəkilimə həvalə edirəm. Mənim sakit durmaq ixtiyarım var. Dediyimi demişəm və bircə sözümü də geri götürmək niyyətim yoxdur”.

Hollandiyalı deputat Gert Vilders bu sözləri oktyabrın 4-də Amsterdamda başlayan məhkəmə prosesində deyib.

İttihamnamədə deyilir ki, o 3 il qabaq qəzetlərin birində İslamı nasizmlə müqayisə etməklə dini ədavəti qızışdırıb.

Bundan başqa ittihamlarda bildirilir ki, o, Quranı Hitlerin “Mayn kampf” əsəri ilə müqayisə edib. 2008-ci ildə anti-İslam ittihamları ilə dolu "Fitnə" filmini çəkib.

Vildersin özü deyir ki, onun bu formada fikrini bildirmək haqqı var, söz azadlığı buna imkan verir.

Hakim bildirib ki, Vilderslə bağlı məhkəmə hökmü noyabrın 4-də elan ediləcək.

Vildersin anti-İslam fikrindən kadr
Əgər təqsirli bilinərsə, Vilders 1 illiyinə azadlıqdan məhrum edilə bilər. Bununla belə o, həbs edilsə də deputat mandatını itirməyəcək.

Vilders məhkəmə gününü “çox pis gün” adlandırıb. Onun fikrincə, “onunla birlikdə ən azı 1,5 milyon adam da mühakimə olunur”.

Vildersin partiyası son parlament seçkilərində 3-cü olub

Fevraldan bəri Hollandiyada stabil hökumət qurmaq mümkün olmur, amma indi ilk dəfədir belə bir imkan yaranıb.

Vildersin Azadlıq Partiyası qalib partiyalarla birgə koalisiya qurub. Onun partiyasına hökumətdə hansısa portfel verilməsi gözləniməsə də, onun partiyası yeni hökuməti dəstəkləmək müqabilində hakim partiyalardan bəzi güzəştlər qoparmağa çalışır.

Azadlıq Partiyası istəyir ki, müsəlman qadınların ictimai yerlərdə burka geyməsi qadağan edilsin.

Radikal ruhanilərin Hollandiyaya gəlməsi qadağan edilsin, məhkumluğu olan immiqrantlar ölkədən daha asan çıxarılsın, yerli cəmiyyətə inteqrasiya etməyən gəlmələr yaşayış iznlərini itirsinlər.

Rotterdamdakı Hollandiya-Azərbaycan Həmrərlik Dərnəyinin sədri Elxan Əlizadə deyir ki, Hollandiyadakı

Azərbaycanlılar da Vildersin dediklərinə qəti etiraz edirlər

“Azərbaycanlılar da bir müsəlman olaraq ona qarşı çıxırlar. Vildersin məqsədi Hollandiyaya müsəlmanlar dövlətlərindən olan axının qarşısını almaqdır.

Guya bu yolla o, Hollandiyanın müsəlmanlaşmasının qarşısını alır”.

Elxan Əlizadə deyir ki, axır illərdə Hollandiyada müsəlman ölkələrindən gələnlərə qarşı ovqat pisə doğru dəyişib, bu da ifrat millətçilərin yaratmağa çalışdığı rəyin nəticəsidir”.

“Əgər əvvəllər müsəlman ölkələrindən gələnlərin 100-də 50-nə burada yaşayış izni verilirdisə, indi bu göstərici kəskin azalıb.

Azərbaycandan da buraya mühacirlər gəlib və gəlməkdə davam edir.

Bu onlar üçün də pisdir”.
XS
SM
MD
LG