Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:00

Braziliya parlamentində kloun


«Tiririka» ləqəbli kloun Fransisko Silva 1 milyon 300 min səs toplayaraq Braziliya parlamentinin aşağı palatasında yer qazanıb. Bu barədə “Reuters” xəbər verir. Silva 513 nəfərlik Konqresə iddia edən ən uğurlu namizəd sayılır.

Əvvəllər sirkdə çalışan, sonradan isə televiziyada yumoristik şou aparıcısı, kloun Silva indi topladığı səslərin bir hissəsini öz siyasi koalisiyasından olan digər namizədlərdən birinə verə bilər. Lakin hələlik Silva səslərini kiminləsə bölüşmək arzusunda olduğunu bildirməyib.

Silva seçkiqabağı kampaniyası ilə məhşurlaşıb. Onun əsas şüarı “Bundan da pis nə ola bilər?!” idi. O, seçicilərinə söz verib ki, parlament üzvlərinin əslində nə ilə məşğul olduqlarını öyrənib ictimayyət ilə bölüşəcək. Seçkilərə bir neçə gün qalmış ekspertlər bildirmişdilər ki, Silva azı 1 milyon səs toplaya bilər.

Bununla belə, onun mandat almağı sual altında qala bilər. Məsələ bundadır ki, seçkilərə bir neçə gün qalmış Silvanın yazıb-oxumaq bacarığı şübhə altına alınıb. Onun köməkçiləri bu barədə jurnalistlərə xəbər veriblər. Onlar isə öz növbəsində klounu imtahana çəkmək qərarına gəliblər və xahiş ediblər ki, kağız parçasında yazılmış sualları oxusun. Silva həyəcanlanıb və tapşırığın öhdəsindən gələ bilməyib.

Bundan sonra məhkəmə belə bir qərara gəlib ki, seçkilər bitən kimi, Silva testdən keçərək sübut etməlidir ki, o yazıb-oxumağı bacarır. Əgər kloun bu imtahanın da öhdəsindən gələ bilməsə, onun konqresmen olmaq arzusu puça çıxacaq. Çünki Braziliya qanunları savadsız adamların vəzifə tutmalarını qadağan edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG