Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 17:47

Naxçıvanda taksi sahibləri yerli avtomobilləri almağa məcbur edilir


Naxçıvan Ali Məclisinin sədri "mətbuatın dostu" adını alır
Naxçıvan Ali Məclisinin sədri "mətbuatın dostu" adını alır
Naxçıvanda lisenziyası olan taksi sürücüləri Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “LİFAN” markalı avtomobilləri almağa məcbur edilirlər.

Taksi sürücüləri “LİFAN” avtomobillərinin baha olduğunu qeyd edirlər (14 min manat). Kreditlə alanda bu məbləğin 30%-i qabaqcadan alınır, sonra 3 il ərzində hər ay 360 manat ödənməlidir.

NMR Nəqliyyat Nazirliyində məsələ ilə bağlı şərh verməkdən imtina edərək, bu qurumun yalnız sürücülərə lisenziya verdiyini və maşınların dəyişdirilməsi və digər məhdudiyyətlərə cavabdeh olmadıqlarını bildiriblər.

NMR DYP İdarəsi də məsələ ilə bağlı şərh verməkdən imtina edir.

Çin avtomobillərinin Naxçıvanda yığılması haqqında müqavilə 2009-cu ildə imzalanıb. Hazırda avtomobillərin detalları və ehtiyat hissələri Çindən Naxçıvana gətirilir və yerli mütəxəssislər tərəfindən yığılır.

(Turan İnformasiya Agentliyi)
XS
SM
MD
LG