Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 20:58

Demokratiya Uğrunda İttifaq etiraz edir


Pənah Hüseyn
Oktyabrın 4-də Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurası namizədlərin qeydiyyata alınması və imzatoplama prosesinə təzyiqlərə etiraz edib.

DUİ-də təmsil olunan Xalq Partiyasından deputat Pənah Hüseyn AzadlıqRadiosuna bildirib ki, şuranın oktyabrın 4-də keçirilən toplantısında bu birliyin namizədlərinə qarşı yol verilən qanunsuz hərəkətlərə və bütövlükdə ölkədə gedən seçki prosesinə münasibət ifadə edilib.

DUİ hakimiyyətdən seçki prosesinin hazırkı mərhələsində baş verən qanunsuzluqlara son qoymağı tələb edib.

Toplantı zamanı 27 saylı Sabunçu Seçki Dairəsində Nizami Təhməzovun namizədliyinin qeydə alınmasından imtina edilməsi pislənib. 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Bəybala Əbilə mane olunması, eləcə də 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən namizədliyi irəli sürülmüş İsmayıl Yusifovun imza vərəqələrinin yerli icra orqanları rəfindən yararsız hala salınması barədə MSK-ya və beynəlxalq təşkilatlara müraciət hazırlanmasına qərar verilib.

DUİ-də Klassik Xalq Cəbhəsi, Böyük Azərbaycan, Xalq, Azadlıq və Milli Demokrat partiyaları birləşir.
XS
SM
MD
LG