Keçid linkləri

2026, 06 Sentyabr, bazar, Bakı vaxtı 10:24

Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin görüşü olacaq

Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu
“Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasına dair birgə görüşümüz olacaq”.

Bu sözləri APA-nın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasını işıqlandıran Avropa müxbirinin sualının cavabında AŞPA prezidenti Mövlud Çavuşoğlu bu gün plenar iclasdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bu görüşün nəticələri barədə AŞPA Bürosunun cümə günü küçiriləcək iclasında büro üzvlərinə ətraflı məlumat verəcəyini bildirib:

“Ümumilikdə bu məsələ AŞPA-nın Dağlıq Qarabağla bağlı 2005-ci ildə qəbul etdiyi 1614 saylı Qətnaməyə tam uyğundur. Bildiyiniz kimi, bizim həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Rusiya münasibətlərinə dair iki alt komitəmiz var”.
This item is part of
XS
SM
MD
LG