Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

ATƏT hüquqşünaslar üçün təlim kurslarına başlayıb


Bu gün ATƏT-in Bakı ofisi 2009-cu ildən Vəkillər Kollegiyasına üzv olan hüquqşünaslar üçün intensiv təlim kurslarına başlayıb. Kurslar bir həftə davam edəcək.

Kurslarda beynəlxalq və yerli mütəxəssislər cinayət və mülki məhkəmə proseslərinin müxtəlif aspektləri ilə bağlı məsələləri müzakirə edəcək.

ATƏT-in Bakı Ofisinin Məhkəmə Təlimi üzrə məsul şəxsi Fiorentina Əzizi deyib ki, “bu kurs Kollegiyanın yeni üzvlərinin qanunun müxtəlif sahələrində, o cümlədən hüquqşünasın cinayət və mülki məhkəmə proseslərində iştirakında beynəlxalq ədalət mühakiməsi standartları ilə bağlı biliyini daha da inkişaf etdirəcək”.

XS
SM
MD
LG