Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

AŞPA-nın payız sessiyası başlayır


Oktyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işinə başlayır. Sessiya oktyabrın 8-ə qədər davam edəcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat payız sessiyasında iştirak etmək üçün artıq Strasburqdadır.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, insan haqları, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata görə, sessiyada deputat Rafael Hüseynovun “Səs və işıq ifratları” məruzəsi dinləniləcək.

XS
SM
MD
LG