Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:35

Latviyada baş nazirin birliyi qalib gəlib


Latviyada parlament seçkisinin nəticələri açıqlanıb. Oktyabrın 2-də keçirilmiş seçkidə baş nazir Valdis Dombrovskisin Birlik İttifaqı qalib gəlib – bu blok 100 yerlik parlamentdə 33 mandata sahib çıxıb.

Müxalif mərkəzçi blok 29, hakim koalisiyaya daxil olan Yaşıllar və Kəndlilər İttifaqı 22 mandat qazanıb. Qalan 16 mandat seçki baryerini aşa bilmiş digər iki partiya qazanıb.

Birlik İttifaqı ilə Yaşıllar və Kəndlilər İttifaqının yenə koalisiya hökuməti quracağı bildirilir.

XS
SM
MD
LG