Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 08:59

Qubada sinaqoqun açılışı olub


Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbədə bir il idi ki, təmirdə olan sinaqoqun açılışı oldu.

Açılış mərasimində Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Quba rayon İcra hakimiyyətinin başçısı və Azərbaycandakı İsrail səfirliyinin nümayəndələri iştirak edib.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mərasimdə çıxış edərkən deyib ki, Azərbaycan tolerant ölkədir və bu ölkədə digər millətlərin dininə, adət-ənənələrinə hörmətlə yanaşılır.

/ANS/
XS
SM
MD
LG