Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Sabahdan ATƏT-in qiymətləndirmə missiyası müşahidələrə başlayır


Oktybarın 4-ü ATƏT-in qiymətləndirmə missiyası Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr aparacaqlar. Müşahidələr oktyabrın 14-nə kimi davam edəcək.

Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik BMT Baş Assambleyasının sessiyasından sonra öz bəyənatları çərçivəsində məlumat vermişdilər.

Vasitəçilərin işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları, o cümlədən mətbuat konfransı keçirəcəkləri də gözlənilir.
XS
SM
MD
LG