Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:01

Rusiya Ümumdünya Ticarət Təşkilatına qoşulur


Rusiya ilə Birləşmiş Ştatlar Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasıyla bağlı danışıqları başa çatdırıblar.

Ağ evin yaydığı bəyanatda Rusiyanın təşkilata üzv olmaq istiqamətində vacib addımlar atdığı bildirilir.

Rusiya hökuməti bundan əvvəl Rusiyanın təşkilata qoşulması ilə bağlı bütün məsələlərin həll olunduğunu bəyan eləmişdi.

Həmçinin rəsmilər ABŞ və Rusiya prezidentlərinin telefonla məsələ ətrafında fikir mübatiləsi apardıqlarını deyirlər.

Rusiya Ümumdünya Tiçarət Təşkilatına qoşulmayan yeganə böyük ölkə sayılır.

Gələn il Rusiyanın rəsmi şəkildə bu təşkilata qoşulacağı gözlənilir.


XS
SM
MD
LG