Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 07:07

İki yol qəzasında 3 adam ölüb


Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər nazirliyinin məlumatına görə, oktyabrın 1-də saat 01:30 radələrində rayonun Qullar kənd sakini Sahib Nağıyev idarə etdiyi “Ural” markalı maşını aşıraraq dərəyə salıb.

Nəticədə Sahib Nağıyev və sərnişinlərindən biri Mahamalar kənd sakini Vüsal Varşayev hadisə yerində ölüblər.

Xəsarət almış digər sərnişini Mahamalar kənd sakini Soltan Xanpəriyev isə xəstəxanaya götürülüb.

Səngəçal qəsəbəsində isə “Kamaz” markalı 2 maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfərsə yaralanıb.
XS
SM
MD
LG