Parlament seçkilərində kim nə qədər pul xərcləyəcək? Bir neçə deputatlığa namizədlə söhbətdən belə başa düşdüm ki, bu iddianı gerçəkləşdirmək üçün kimi puluna güvənir və yüz minlərini «uf» demədən xərcləməyə hazırdır, kimi də israfçılığa, yerli-yersiz pul səpməyə ehtiyac görmür. Axırıncıların arqumenti də fərqlidir. Bir qismi özlərinin təbirincə desək reklama ehtiyac duymurlar. Bir qisminə görəsə sədəcə, işini ağılla planlaşdıranda və üstəlik də dost-tanış yardımçı olanda pulun da cibində qalır.
“MƏNİM TƏBLİĞATA, QƏRARGAHA EHTİYACIM YOXDUR”
Başlayaq keçmiş hərbi komissar, Salyan rayon icra başçısı Əliağa Hüseynovdan. O həm də 59 saylı Salyan seçki dairəsindən namizəddir. Artıq qeydiyyatdan keçib və dediyinə görə, sentyabrın 30-da vəsiqəsini əlinə alan kimi başçılıq etdiyi kollektivi yığıb öz hesabına məzuniyyətə çıxdığını bildirib.
O ki qaldı seçki kampaniyasına xərclənəcək pullara, Əliağa Hüseynov deyir ki, onun təbliğata ehtiyacı yoxdur, bütün rayon onu tanıyır:
- Mən təbliğatımı xalqıma göstərmişəm, prezidentimin verdiyi orden-medallarla. Heç kimə zəhmətsiz general-leytenant rütbəsi verməzlər. 37 il orduda xidmət etmişəm. Məni tanıtdırmağa ehtiyac yoxdur. Nəslimdə üç general var.
“DEYƏSƏN MƏNİM PULUM O BİRİLƏRDƏN ÇOXDUR”
Əliağa Hüseynov seçkiyə böyük miqdarda pul xərcləməyi düşünmür:
- Mən qərargah-zad tutmayacam. Mənə pul da lazım deyil. Mənim Salyanda evim var. Hər şeyim var.
- Bəs plakatlardır, çıxışlardır...
- Üzr istəyirəm, 1500 manat hərbi pensiya alıram, 1000 manatdan yuxarı da maaş. Deyəsən, mənim pulum o birilərdən çox olmalıdır. 2500 manatdan yuxarı maaş alıram. Ona görə plakata da, şəkilə da pulum çatır. Amma o birilər hardan yığışdıracaq o pulu, onu sual verin.
- Mən soruşurdum ki, seçkilərə nə qədər pul xərcləməklə bağlı təxmini planınız varmı?
- Mən sizə dedim ki, seçkiyə pul xərcləməyə gəlməmişəm. Kim özünü tanıtdırmaq istəyir onlar xərcləyəcək. Mənim özümü tanıtdırmağa ehtiyacım yoxdur. Mən canımı xalq yolunda qoymuşam.
NAZİM MƏMMƏDOV 150 MİN MANAT XƏRCLƏYƏCƏK
Deputat Nazim Məmmədov da deyir ki, özünü tanıtmağa, təbliğə ehtiyacı yoxdur. Amma yenə də gədəbəyli və tovuzlu seçicilərin səsini almaq üçün nə az, nə azacıq 150 min manat xərcləməyə hazırlaşır. Bu təxmini rəqəmdir, dediyinə görə artıq da ola bilər, əskik də. Ötən seçkilərdəsə təxminən 80-100 min manat xərcləyib.
Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Hakim partiyanın siyahısından kənarda qalan deputat seçkilərə 104 saylı Tovuz-Gədəbəy seçki dairəsindən müstəqil qatılır.
PULU DAHA ÇOX MÜŞAHİDƏÇİLƏRƏ XƏRCLƏYƏCƏK
Nazim Məmmədov deyir ki, bölgədə yaxşı tanındığı üçün bu dəfə diqqəti, deməli, həm də vəsaitin böyük hissəsini iki məsələyə yönəldəcək. Bunlardan biri müşahidəçilərdir. Dairədəki 55 məntəqənin hər birində iki müşahidəçisi seçkiləri izləyəcək. Bundan ötrü təxminən 10 min manat xərcləməlidir. Onların naharı, nəqliyyat pulu, telefon xərci və sairə bura daxildir. Amma bəzi müşahidəçilərin könüllü xidmətinə də güvənir:
- Hər seçkidə bunu ehtimal etmək lazımdır ki, saxtakarlığa meylli insanlar var. Bunların qarşısını almaq üçün ən çox vəsaiti müşahidəçilərə xərcləyəcəyik. Bir də beynəlxalq diqqəti dairəmizə yönəltmək üçün geniş təbliğata...
SEÇİCİLƏRİ SAYDIRACAQ VƏ ÇƏKDİRƏCƏK
Nazim Məmmədovun diqqət yetirəcəyi başlıca məsələlərdən biri də şəhərdə işləyən kənd sakinlərinin səsvermədə iştirakını təmin etməkdir. Bu məqsədlə yeni texnologiyadan yararlanmağı düşünür və artıq indidən əhali arasında sorğu keçirilir. Hərçənd deputatlığa namizəd bu sorğulara nə qədər pul xərclənməsi haqda sualı cavablandırmadı.
Eyni zamanda, Nazim Məmmədov böyük məntəqələrdə videokameraların iştirakı ilə seçicilərin sayılmasını da planlaşdırır. Bu məqsədlə tədqiqatçı bir şirkətlə danışıqlar aparır. Qiymət hələlik bəlli deyil.
Plakatların-elanların hazırlanmasına isə 3-5 min manat xərcləycəyini deyir. O yerli və mərkəzi televiziyalarda çıxışa da hazırlaşır:
- Vallah televiziyanın reklam şərtləriylə tanış deyiləm. Keçən dəfə dövlət televiziyasında 5 dəqiqə çıxış etmişdim və buna görə bir dəfəyə 700 dollar ödəmişdim. İndi qiymətləri bilmirəm.
NAMİZƏDLƏRİ NEYTRALLAŞDIRMAĞA DA PUL QOYULACAQ
Nazim Məmmədovun qənaətincə, seçki xərc aparan prosesdir və buna da hazırlıqlı olmaq lazımdır:
- Biri partiyanın resurslarına arxalanır, biri qara piara arxalanır. Müxtəlif situasiyalarla üzləşə bilərik. Ona görə, hər bir namizədin apardığı kampaniyanı izləyərək onun təşviqatını neytrallaşdırmağa çalışacağıq. Buna da xərc qoymaq lazımıdr...
Nazim Məmmədov bir rəqəmə diqqət çəkir, bir deputatın beş ildə parlamentdə maaşı elə 150 min manatdır, yəni onu seçki kampaniyasına qoyacağı vəsait qədər.
Beş illik maaşı yenidən seçilməyə qoymaqda məqsəd nədir?
O Nazim Məmmədov deyir ki, regiona qaz çəkilməsi, yol çəkilməsi kimi böyük layihələrin davam etdirilməsində, seçicilərin ona etimadını doğrultmaqda maraqlıdır. Seçilməyəcəyi halda qoyduğu pulların batmasınasa heyfslənməyəcək.
ƏLİAĞA HÜSEYNOVUN BİR AYLIQ MAAŞINA SEÇKİ KAMPANİYASI
Namizədliyini AXCP-Müsavat seçki blokunun dəstəklədiyi, 16 saylı Yasamal ikinci seçki dairəsindən seçkilərə qatılan Erkin Qədirli isə seçki kampaniyasına Əliağa Hüseynovun bir aylıq maaşı qədər pul xərcləməyi düşünür:
- Tutaq ki, 500 manat ofis haqqı verəcəm. Bir o qədər də olsun nəşriyyat xərci. 5 min tirajla 8 səhifəlik təşviqat materialı. Lap 10 min tiraj olsun. Bu da 1200-1500 eləsin. Ofislə birgə 2000 manat. Artıq xərclər çıxarsa, ortalama 2500 manat edəcək...
Erkin Qədirli görüşlər üçün ayrıca zal kirayələməyi, efirdə çıxış etməyi planlaşdırmır:
- Bizə yardıma çoxlu insan var. Məsələn, imzatoplamağa biz pul vermədik...
Erkin Qədirlinin sözlərinə görə, kampaniya zamanı daha çox seçicilərlə canlı təmasa üstünlük verəcək, onları dinləyəcək. Bu daha effektlidir, dediyinə görə.
Ölkə qanunvericiliyinə görə isə, deputatlığa namizəd seçki kampaniyasına 500 min manata qədər pul xərcləyə bilər.
Vəssalam!