Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 10:51

Avro 1,37-ni keçdi


Almaniyada çap olunmuş saxta dollar
Avro ABŞ dollarına nisbətdə 6 aylıq rekordu təzələdi.
Mart ayından bəri ilk dəfədir ki, avro 1,37 həddini keçdi.

1,3763 dollar səviyyəsinə qalxan avronun növbəti dayanacağı 1,40 dollar gözlənilir.

Avronun qalxmağını Çin sənayesinin son hesabatının çox müsbət olması, qlobal iqtisadiyyatda göstəricilərin yaxşılaşması ilə izah edirlər.
Belə vəziyyətdə riskli investorlar dollar kimi ənənəvi etibarlı kağızlardan uzaqlaşırlar.

Ancaq Avropada borc böhranı vaxtı avronun qalxmağını daha çox, dolların zəifliyi ilə izah edənlər də az deyil.

Amerikanın Mərkəzi Bankı Federal Reserv Sistemindən gözləntilər isə dolları daha da zəiflədib.

Gözlənilir ki, Federal Reserv Amerika iqtisadiyyatını canlandırmaq üçün dolları zəiflədən addımlar ata bilər.
XS
SM
MD
LG