Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 18:24

Kredit kartı pul oğurluğundan necə qorumalı?


Başqırdıstanda məxsusi müsəlmanlar üçün kredit kart
Başqırdıstanda məxsusi müsəlmanlar üçün kredit kart
Son iki gündə Amerikada 73, Britaniyada 19 adama qarşı cinayət işi açılıb. Onlar kredit kartlardan və bank hesablarından milyonlarla pul oğurlayıblar.
Şərqi Avropa və keçmiş SSRİ məkanından olan bu şəxslər kompüter quldurlarıdır.

“Troya atı” adlı casus proqramını adamların kompüterinə yeritməklə, onların bank hesablarının nömrələrini, şifrlərini əldə edirlər və bundan sonra həmin hesabları soyurlar.

Kredit kartı və bank hesabını kompüter oğrularından necə qorumalı?
Maliyyəçilər tövsiyyə edirlər ki, vaxtaşırı hesablarınızı yoxlayın. Əskik gəlsə, banka deyin. Ancaq bu, səmərəli yol deyil.

Proqramçıların tövsiyyəsi yəqin ki, daha səmərəlidir.

“Troya atı” sizin kompüterə elektron məktublaşma vaxtı daxil olur. Ona görə məktublaşdığınız kompüterlə bank hesablarınıza daxil olduğunuz kompüter ayrı olsun.
Yəni iki kompüteriniz olsun. Bank hesabına daxil olduğunuz kompüterlə heç vaxt e-mail almayın.
XS
SM
MD
LG