Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:04

Viktor Yanukoviçin səlahiyyətləri artırılır


Ukraynanın Konstitusiya məhkəməsi prezident Viktor Yanukoviçin səlahiyyətlərini artıran qərar qəbul edib.

Məhkəmə 2004-cü il siyasi islahatları ilə bağlı qanunun öz qüvvəsini itirdiyini etiraf edib. Qanun prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tuturdu.

Məhkəmənin qərarına əsasən Ukrayna prezident-parlament idarəçiliyinə qayıdır.

Məsələ ilə bağlı Yuxarı Radanın 252 deputatı məhkəməyə sorğu ilə müraciət etmişdi.

İslahatlar 2004-cü ildə prezident Leonid Kuçmanın dövründə qəbul edilib. İslahatlar parlament –prezident respublikasına keçidi, koalisiya hökumətinin yaradılması və Yuxarı Radanın səlahiyyət müddətinin 4 ildən 5 ilə artırılmasını nəzərdə tuturdu.
XS
SM
MD
LG