Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Azərbaycanda 9400-dən çox ahıl pensiyaçı var


Azərbaycanda yaşı 90-dan artıq 9400-dən çox ahıl pensiyaçı var.

Dövlət Sosial Müdafiə Fondu 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: Azərbaycanda əmək pensiyaçılarının 371 mindən çoxu ahıl vətəndaşlardır.

Onların təxminən 1/3-i kişilər, əksəriyyəti qadınlardır.

Ahıl pensiyaçıların çoxu 70-80, daha sonra 80-90 yaş arası, 9401 nəfəri isə 90-dan artıq yaşı olan vətəndaşlardır.

«Ahıllara sosial xidmət haqqında» qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları ahıl hesab olunur.
XS
SM
MD
LG