Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Avropanın nəhəng neft şirkətləri İranla əlaqələri dayandırır


Avropanın 4 nəhəng neft şirkəti İranla əlaqələri dayandırmağa razılaşıb.

Fransanın «Total», Norveçin «Statoil», İtaliyanın «ENİ» və Hollandiyanın «Royal Dutch Shell» şirkəti Amerika sanksiyaları ilə üzləşməmək üçün bu addımı atıblar.

Amerikanın enerji şirkətlərinə sanksiya qoymaqda məqsədi İrana mübahisəli nüvə proqramından əl çəkməsi üçün təzyiqi artırmaqdır.

ABŞ Dövlət katibinin müavini Ceyms Steynberq digər enerji şirkətləri ilə bağlı araşdırma aparıldığını və digərlərinin də bizneslərini dayandırmayacağı təqdirdə bunun nəticələri ilə üzləşə biləcəyini deyib.

Sentyabrın 30-da Vaşinqton İranın «Naftiran Intertrade» neft şirkətinin İsveç filialına maliyyə sanksiyaları qoyub.

Qərb ölkələri İranın nüvə silahı hazırlayacağından narahatdır. İran bu iddiaları qəbul etmir.
XS
SM
MD
LG