Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 19:53

Pərviz Müşərrəf siyasətə qayıdır


Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf siyasətə qayıdır. Oktyabrın 1-də onun yeni siyasi partiya təsis etdiyini elan edəcəyi gözlənilir.

Müşərrəfin yeni partiyası «Bütün Pakistanın Müsəlman Liqası» adlanır.

Hazırda könüllü olaraq sürgündə yaşayan sabiq prezident Pakistana qayıtmaq niyyətini də açıqlayıb. Pərviz Müşərrəf 2013-cü seçkilərinə vətəndaş siyasətçisi qismində qatılmaq niyyətindədir.

Müşərrəf həmçinin Pakistanda yeni hərbi çevriliş təhlükəsi ilə xəbərdarlıq edib, qeyd edib ki, siyasətdə ordunun rolu artırılmalıdır.
XS
SM
MD
LG