Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:59

Prezidentin oğlu MK-nin üzvü və ordu generalı oldu


Şimali Koreyada hazırkı prezident Kim Çen İrin oğlu və onun xələfi hesab olunan Kim Çen Unun fotoşəkili yayılıb.

Rəsmi informasiya agentliyi 27 yaşlı Kim Çen Unun hakim Əmək partiyasının rəhbər nümayəndələri ilə bir yerdə şəklini çap edib.

Partiyanın Pxenyanda keçirilən konfransında prezidentin kiçik oğlu Kim Çen Un Mərkəzi Hərbi Komissiyanın sədr müavini və Mərkəzi Komitənin üzvü seçilib.

Bundan başqa ona ordu generalı rütbəsi verilib.

Güman edilir ki, o,atasının davamçısı olacaq.
XS
SM
MD
LG