1995
Noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilib.
Seçici siyahılarına daxil edilən 4 132 600 nəfər vətəndaşdan 3 556 277-si və ya 86.05 faizi seçkilərdə iştirak edib.
Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində, 1996-cı il fevralın 4-də 15 seçki dairəsində və nəhayət, fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırılıb.
Milli Məclisə cəmi 124 deputat seçilib.
Bunlardan 99-u birrnandatlı seçki dairələri, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən.
Seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.
Milli Məclisdə ümumən 69 nəfər (55.65 faiz) siyasi partiyaları təmsil edir, 55 nəfər isə bitərəf idi.
2000
Noyabrın 5-də keçirilən Milli Məclis seçkilərinin noyabrın 14-də MSK tərəfindən açıqlanan nəticələri belə idi:
– seçici siyahılarındakı seçicilərin ümumi sayı – 4 212 915;
– seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3 000 198;
– istifadə olunmayaraq ləğv edilmiş seçki bülletenlərinin sayı – 1 140 341;
– etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı – 2 897 864;
– etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı – 100 434;
– siyasi partiyaların, siyasi partiyalar blokunun vahid namizədlər siyahısının lehinə verilmiş səslərin sayı – 2 883 819.

Yeni Azərbaycan Partiyası | 62.31 faiz |
Azərbaycan Xalq Cəbhəsi Partiyası | 10.95 faiz |
Vətəndaş Həmrəyliyi Partiyası | 6.43 faiz |
Azərbaycan Kommunist Partiyası | 6.33 faiz |
Müsavat Partiyası | 4.85 faiz |
Azərbaycan Milli İstiqlal Partiyası | 3.89 faiz |
Azərbaycan Liberal Partiyası | 1.29 faiz |
Azərbaycan Demokrat Partiyası | 1.06 faiz |
Azərbaycan Naminə Alyans Partiyası | 0.95 faiz |
Milli Konqres Partiyası | 0.51 faiz |
«Demokratik Azərbaycan» Siyasi Partiyalar Bloku | 0.40 faiz |
Azərbaycan Xalq Demokratik Partiyası | 0.28 faiz |
Demokratik Azərbaycan Dünyası Partiyası | 0.26 faiz |
Ümumiyyətlə, Milli Məclisə birmandatlı 99 dairə üzrə 5 noyabr 2000-ci ildə və 7 yanvar 2001-ci ildə keçirilmiş seçkilərdə seçicilərin 68.93 faizi iştirak edib.
2 926 904 seçki bülleteni etibarlı hesab edilmiş, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2 888 813 nəfər, əleyhinə isə 38 091 nəfər səs verib.
Birmandatlı seçki dairələri üzrə Milli Məclisə seçilmiş deputatların 27 faizini bitərəflər, 73 faizini partiya üzvləri təşkil edirdi.
2005
Noyabrın 6-da keçirilən səsvermənin ümumi yekunlarına əsasən, seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 4 675 572 olub.
Səsvermədə seçicilərin 1 974 036 nəfəri iştirak edib.
Seçici fəallığı seçicilərin ümumi sayının 42.2%-ni təşkil edib. (MSK və DSK-lar tərəfindən verilən nəticələrə əsasən, 46.6% olub, lakin sonradan 4 dairədə səsvermənin nəticələri etibarsız sayılıb).
Milli Məclisə seçilənlərin partiya mənsubiyyəti:

Yeni Azərbaycan Partiyası | 64 nəfər |
«Azadlıq» bloku | 6 nəfər |
Ana Vətən Partiyası | 2 nəfər |
«YeS» Bloku | 2 nəfər |
Ümid Partiyası | 1 nəfər |
Sosial Rifah Partiyası | 1 nəfər |
Azərbaycan Demokratik İslahatlar Partiyası | 1 nəfər |
Böyük Quruluş Partiyası | 1 nəfər |
Ədalət Partiyası | 1 nəfər |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | 1 nəfər |
Vətəndaş Birliyi Partiyası | 1 nəfər |
Müstəqil deputatlar | 43 nəfər |