Keçid linkləri

2024, 28 May, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Jurnalistlərə pul yardımı edilib...


«Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu» müraciət əsasında jurnalistlərə 1800 manat məbləğində yardım edib.

Fondun Əsasnaməsinin bəndlərinə uyğun olaraq məhkəmə prosesinə cəlb edilən «Yeni Müsavat»la «Xural» qəzetlərinin hər birinə 300 manat, peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə görə ayrı-ayrılıqda «Day.az» saytının əməkdaşı Əkbər Həsənova, «Yeni Müsavat» qəzetinin əməkdaşı Elmin Bədəlova, «Milli Yol» qəzetinin Anar Əliyevə və müstəqil jurnalist Mahal İsmayıloğluna 240 manat yardım edilib.

Təzyiqlər nəticəsində işini itirən və ya fəaliyyətini dayandıran jurnalistlərdən AzTV-nin sabiq əməkdaşı Asəf Quliyevə 240, «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin və həbsdə olan bloqqerlər Emin MilliAdnan Hacızadənin ailələrinə ayrı-ayrılıqda 500 manat yardım edilib.

«Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu» Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Jurnalistlərə edilən yardımın 800 manatını «İfadə Azadlığı Fondu»nun bu ilin sentyabrında mərhum jurnalist Elmar Hüseynovun ailəsinə verilən yardım təşkil edir. Belə ki, Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova həmin pul mükafatının həbsdə olan jurnalistlərin ailə üzvlərinə verilməsini xahiş edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG