Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 12:43

GTM «tanıyıb-tanıtmaq» istəyir


"Tanıyaq-tanıdaq" layihəsinə start verildi
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

Bu proqramın məqsədi Azərbaycan gənclərini ölkənin mədəni irsi ilə tanış etməkdir. Hazırladı: Vüsalə Əlibəyli

Xarici filmlərin aktyorlarını, tarixi abidələrini, bəstəkarlarını Azərbaycan mədəni irsindən daha yaxşı bilən Azərbaycan gənclərini maarifləndirmək üçün 2 illik proqrama start verildi.

«Tanıyaq-tanıdaq» adlanan layihəni Gənclər üçün Təhsil Mərkəzi həyata keçirir. Layihənin məqsədi Azərbaycanın teatr və muzeylərindən tutmuş, kinolarına, mətbəxinə kimi bütün mədəni irsini, incəsənətini yerli və xarici gənclərə tanıtmaqdır.

Təhsil Mərkəzi məqsədə çatmaq üçün müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır. Bura teatr və muzey həftəliklərinin keçirilməsi, xarici ölkə universitetlərində azərbaycan mədəniyyət dərnəklərinin qurulması, internet resurslarının yaradılması, sərgi və festivalların keçirilməsi daxildir. Proqramın hədəf qrupları əsasən yuxarı sinif şagirdləri, tələbələr, region gəncləridir.

«Tanıyaq – tanıdaq» proqramı haqqında daha ətraflı 14-24 verilişində dinləyə bilərsiz.

Verilişin qonaqları Gənclər üçün Təhsil Mərkəzindən Elnur Axundov və Günay Sadıxovadır.

XS
SM
MD
LG