Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 18:35

Milli Məclisdə ləl-cəvahirat davası


Milli Məclis
Milli Məclis
“Əgər ləl-cəvahirat fondunun yaradılması ilə bağlı komissiya yaradılsa, onda Pənah Hüseynin və digərlərinin vəziyyəti pis olacaq”.

Vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin payız sessiyasının ilk iclasında Pənah Hüseynin 1992-ci ildə yaradılmış ləl-cəvahirat fondundakı qızılların hara getdiyi ilə bağlı sorğusuna cavab olaraq belə deyib.

Deputat Pənah Hüseyn bu məsələni qaldırıb və bildirib ki, o vaxt fondu gücləndirmək üçün ora çoxlu qızıllar yığılmışdı. Amma sonradan o qızılların taleyi bəlli deyil. Millət vəkili, YAP-ın təmsilçisi Siyavuş Novruzov isə bildirib ki, o vaxt hakimiyyətdə olanlar hər şeyi dağıdıb.

Siyavuş Novruzovun sözlərinə görə, cinayət məsuliyyəti heç vaxt gec deyil və həmin adamların bir qismi indi də cinayət məsuliyyətinə cəlb oluna bilər. Pənah Hüseyn hesab edir ki, fondda kifayət qədər vəsait var idi və bunun kim tərəfindən mənimsənilməsi araşdırılmalıdır.

Ləl-cəvahirat fondu 1992-ci ildə AXCP hakimiyyəti dövründə yaradılıb və 1993-cü ildə ləğv edilib.
XS
SM
MD
LG