Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:14

149 nəfərin namizədliyi təsdiqlənib


Bu günədək Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 149 nəfərin namizədliyi təsdiqlənib. Bu barədə AzadlıqRadiosuna Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev məlumat verib. Namizədliyi qeydə alınanlar 88 seçki dairəsini əhatə edir.

Sentyabrın 29-dək 125 dairə üzrə 1276 nəfərin namizədliyi təsdiqlənib. 1213 nəfər imza vərəqi götürüb. 327-si imzaları toplayaraq dairə seçki komissiyalarına təhvil verib. Hələ ki, heç kimin qeydiyyatından imtina edilməsi ilə bağlı qərar verilməyib.

Namizədlərin qeydiyyatı oktyabrın 15-də başa çatır, bundan sonra təbliğat-təşviqat kompaniyasına start veriləcək.
XS
SM
MD
LG