Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-NATO münasibətlərinin perspektivlərini müzakirə etmək üçün sentyabrın 30-da Brüsselə yola düşüb. XİN mətbuat xidmətindən Turan-a verilən məlumata görə, oktyabrın 1-də Məmmədyarov NATO baş katibinin müavini Klaudio Bizonyero ilə görüşəcək.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika Şurası ilə 28+1 formatında iclası keçiriləcək.
NATO-nun mətbuat katibi Ceyms Appaturay bu görüşləri Azərbaycan və NATO arasında əməkdaşlıq çərçivəsində keçirilən ənənəvi görüşlər adlandırıb, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağını deyib. O, Şimali Atlantika Şurasının görüşündə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunacağını da bildirib.