Sentyabrın 29-da İranda azərbaycanlı fəal Mustafa Əvəzpur məhkəməyə çağırılıb.
Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib.
Pantürkizmdə və İranda dövlətçilik əleyhinə təbliğat aparmaqda günahlandırılan Mustafa Əvəzpur 2006-cı ildə həbs edilib və 46 günlük sorğu-sualdan sonra sərbəst buraxılıb.
Amma sonra dövlətçilik əleyhinə təbliğat aparma ittihamı ilə onun haqqında bir il azadlıqdan məhrum etmə cəzası kəsilib. Apelyasiya məhkəməsi ona qarşı irəli sürülən dövlətçilik əleyhinə ittihamı rədd edib və həbsini bir ildən 6 aya endirib.
Həmin vaxt altı milyon tümən girov müqabilində, cazası saxlanmaqla sərbəst buraxılıb.
Mustafa Əvəzpurun AzadlıqRadiosuna verdiyi məlumata görə, məhkəməyə dəvət edilib və ona bildirilib ki, qalan altı aylıq cəzasını cəkməlidir:
- Mənə dedilər razılaşdım və oktyabrın 14-dən cəzamı çəkməyə razıyam, amma məhkəmədə mənə dedilər ki, mən altı ay yox, dord ay yarım həbsxanada olacam.
Bundan başqa, Mustafa Əvəzpur sentyabrın 23-də dərs ilinin başlandığı gün Marağa şəhərində ana dilində məktəb və irqçiliyə son qoyulması tələbləri yazılmış vərəqələr yayıb.
Dediyinə görə, həmin vaxt onu polis saxlayıb və iki günlük həbsdən sonra buraxılıb.