Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:56

Vətəndaşları necə fəallaşdırmalı?


British Council-un proqramlar üzrə meneceri Natiq Hacıyev
British Council-un proqramlar üzrə meneceri Natiq Hacıyev
«Fəal vətəndaşlar» proqramının məqsədi öz istedadına, bilik və bacarığına güvənən gənclər, qadın liderlər, QHT-lər və sairənin də qatılacağı güclü qlobal bir şəbəkə təsis etməklə sosial rifah və davamlı inkişafa yardım etməkdir». «14-24»-ün qonağı, British Council-un proqramlar üzrə meneceri Natiq Hacıyev belə deyir.

«Fəal vətəndaşlar» «British Council»-ın mədəniyyətlərarası dialoq və qlobal vətəndaşlıq sahəsində fəaliyyət göstərən proqramıdır.

Natiq Hacıyevin sözlərinə görə, layihə fəal vətəndaşlara imkan yaradacaq ki, təşkilatlarda, qruplarda, icmalarda davamlı inkişaf sahəsində, qlobal vətəndaşlıq və mədəniyyətlərarası dialoq sahəsində fəallıq göstərsinlər:

«Bu o deməkdir ki, əgər onlar müxtəlif icmalarda işləyirlərsə, yeni bir təşəbbüslərlə çıxış edə bilsinlər – həm yerli, həm də beynəlxalq səviyyədə. Biz fəal vətəndaşları daha da fəallaşdırırıq, ancaq sıfırdan başlamırıq».

Natiq Hacıyevin sözlərinə görə, Bakıdan əlavə, Azərbaycanın bir çox başqa regionlarından - Göyçay, İmişli, Gədəbəy, Şəki, Lənkəran, Xaçmaz və Sumqayıtdan da mürciətlər var:

«Müraciətlər biz gözlədiyimiz kimi oldu. Seçim aparmağımız üçün kifayət qədər sənədlər qəbul olunub. British Council olaraq bir siyasətimiz var – bərabər imkanlar və müxtəliflik siyasəti. Regionlarda bu cür layihələrdən az məlumatlılıq olur. Biz də onları həvəsləndirir və iştirakları üçün şərait yaradırıq».

Avropanın 20-dən çox ölkəsində keçirilən bu layihəni Azərbaycana gətirən nə oldu?

Azərbaycanda bu layihə niyə məhz gənclərə ünvnlandı?

Davamını «14-24» verilişindən dinləyin.

Buna da bax:

XS
SM
MD
LG