Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

Həmkarlar İttifaqı 100 minlik nümayişə hazırlaşır


Həmkarlar ittifaqları bu gün Brüsseldə, Avropa Birliyinin binası qarşısında birlik ölkələrinin qəbul etdikləri kəskin iqtisadi tədbirlərə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Nümayişçilər həmçinin sosial proqramların ixtisarıyla bağlı Avropa Komissiyasının siyasətinə qarşı çıxırlar.

Avropa Komissiyasının planında birliyə daxil olan ölkələrdə büdcə kəsirini azaltmaq üçün sosial proqramların ixtisarı nəzərdə tutulur.

Hazırda eyni tələblə İspaniyada ümummilli tətil keçirilir.

Polislə nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir.

Dublində isə 41 yaşlı sürücü bank faizlərinin yüksək olmasına etiraz olaraq idarə etdiyi sement maşınını parlament binasının qapılarına çırpıb.

XS
SM
MD
LG