Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:45

Nardaran sakininin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb


Sentyabrın 29-da Nardaran kənd sakini Hacı Əli Hüseynovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədə AzadlıqRadiosuna kənd ağsaqqalı Natiq Kərimov məlumat verib.
Onun dediyinə görə, Müdafiə Komitəsinə Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev sədr seçilib.

Sentyabrın 24-də Sabunçu rayon Məhkəməsi Əli Hüseynov haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

Onun haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Nardaran sakinləri bu ittihamları qəbul etmirlər.

Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bir neçə ay əvvəl azadlığa buraxılmışdı.
XS
SM
MD
LG