Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Əhəd Abıyev də 31-ci dairədə


Əhəd Abyev
Əhəd Abyev
Yeni Azərbaycan Partiyasının üzvü Əhəd Abıyev 31 saylı Suraxanı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb. AzadlıqRadiosuna müsahibəsində Abıyev bildirib ki, təmsil olunduğu Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi olmadığı üçün namizədliyini müstəqil şəkildə irəli sürüb:

- Bu ərazidə YAP-ın güclü dayaqları var. Azərbaycanda parlament seçkilərinin azad, demokratik, ədalətli keçirilməsinə şərait var. Əmnəm ki, seçkilər yüksək səviyyədə olacaq.

Əhəd Abyev onu da bildirib ki, artıq namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıb.

31 saylı Suraxanı seçki dairəsindən «AXCP-Müsavat» seçki blokunun namizədi AXCP sədri Əli Kərimli də namizədliyini irəli sürüb. Dairədən namizədliyini irəli sürənlər sırasında «Müasir Müsavat» Partiyasının sədri Hafiz Hacıyev və başqaları da var.

Həm Hafiz Hacıyev, həm də Əhəd Abıyev AXCP sədri Əli Kərimliyə qarşı təhqiramiz çıxışları ilə tanınırlar.
XS
SM
MD
LG