Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:14

İspaniyada tətildir


Sentyabrın 29-da Avropa Birliyinin əksər ölkələrində hökumətin sərt iqtisadi tədbirlərinin əleyhinə aksiyalar keçiriləcək. Həmkarlar təşkilatlarının məlumatına görə, Brüsseldə nümayişə yüz minə yaxın adamın qatılacağı gözlənilir.

Bu gün İspaniyada tətildir, həmçinin büdcənin azaldılmasına etiraz olaraq ölkənin bir sıra şəhərlərində yürüş və mitinqlər də keçiriləcək. İspaniya hökuməti bu tədbirlərin büdcə defisitini aradan qaldırmaq üçün tələb olunduğunu bildirib.

Bu, son 8 ildə İspaniyada keçirilən ilk ümummilli tətildir.
XS
SM
MD
LG