Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:39

Qırğzıstan ombudsmanı Azərbaycandan öyrənir?


“Bir ombudsman kimi təkcə Qirgizstan vətəndaşlarının yox, həm də ölkə daxilinə ayaq basan hər bir kəsin hüquqlarının müdafiəsiylə məşğul olmaq mənim borcumdur”.

Bu sözləri sentyabrın 28-də keçirdiyi mətbuat konfransında bildirən Qirğızıstan ombudsmanı Tursunbek Akun bir müddət öncə azərbaycanlı iş adamı Vüqar Xəlilovun ölkəsində həbsi zamanı hüquqlarının pozulmasına diqqət yönəltdi. Onun sozlərinə görə, Xəlilovun vəkili də saxlanıb və 48 saatlıq təcrid olunub, ona ailəsiylə danışmağa imkan verilməyib. Tursunbek Akun deyir ki, Ombudsman Aparatı Britaniya vətəndaşı Vüqar Xəlilovun həbsdə olduğu beş ay ərzində onun hüquqlarının monitorinqini aparıb və qeydə aldıqları hüquq pozuntusuyla bağlı dövlət qurumlarına müraciət edib: “Vüqar Xəlilov aprelin 12-də Bişkekdə həbs olunub. Sonra isə ona qarşı əsassız ittihamlar irəli sürülüb. Bu ittihamların əsassız olması məhkəmə prosesi zamanında da təsdiq olundu. Hazırda onunla bağlı hər hansı problem qalmayıb”.

Tursunbek Akun onu da əlavə edib ki, Vüqar Xəlilovun pasportunun hüquq-mühafizə orqanları tərəfindən qaytarılmaması ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər və ümid edir ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq.

İş adamı, Böyük Britaniya vətəndaşı, “Flexi Communications” piar şirkətinin təsisçisi və rəhbəri Vüqar Xəlilov Qırğızıstanda baş verən hakimiyyət dəyişikliyindən sonra həbs olunmuşdu.

Tursunbek Akun həmçinin bildirdi ki, o, Gürcüstan və Azərbaycanda həmkarları ilə görüşüb və onların təcrübəsini öyrənməyə qərar verib: “Razılaşdıq ki, bizim əməkdaşlarımız bura gəlib təcrübə mübadiləsi keçsinlər”.

XS
SM
MD
LG