Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İlham Əliyevlə İslam Kərimovun təkbətək görüş olub


İlham Əliyevlə Özbəkistan prezidenti İslam Kərimovun Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub. “Azərtac”ın məlumatına görə, bundan sonra sənədlərinin imzalanması mərasimi olub və sonda prezidentlər mətbuat üçün birgə bəyanatlarla çıxış ediblər.

İlham Əliyevin səfər zamanı Daşkənddəki Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcəyi də gözlənilir.

Azərbaycan prezidenti sentyabrın 27-də Özbəkistana iki günlük rəsmi səfərə gedib.

İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında olub.
XS
SM
MD
LG